Emin Mahmudov "Neftçi"də istənilən kapitana sonadək dəstək olacaq: "Samir Abasovun gəlişi həmişə düzgün qərardı"

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov müsahibə verib.

Pressssport.az həmin müsahibəni təqdim edir:

- “Neftçi” “Səbail”i 3:1 məğlub etməklə bu mövsümdə ilk qələbəsini qazandı. Qalibiyyəti necə şərh edərdiniz?

- Yaxşı oyun keçirdik. Matça ciddi hazırlaşmışdıq. Bizim üçün qələbə çox vacib idi. Buna görə də çalışırdıq ki, hücumda aqressiv oynayaq. Düşünürəm ki, rəqibdən üstün futbol sərgilədik və layiqli qələbə qazandıq.

- Bu qələbənin ardı gələcək?

- Dəqiq proqnoz vermək çətindir. Lakin onu deyə bilərəm ki, hər oyunda uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- “Səbail”lə matçda əvvəlki Emini gördük. Bu, yeni baş məşqçi gətirdiyi inam idi?

- Samir müəllimlə daha əvvəl də birgə çalışmışıq. Bilirəm ki, o, nə istəyir. Mən də çalışırdım ki, meydanda onun istədiklərini yerinə yetirim.

- Epizodların birində qol şansını boşa verdikdən sonra özünü yerə yıxdın. Bu, qol vurmaq istəyindən irəli gəlirdi?

- Hər zaman komandama kömək etmək istəyirəm. İndi elə məqamdır ki, “Neftçi”nin mümkün qədər çox qola ehtiyacı var. Ümumi götürdükdə mənim, ya digərinin qol vurması önəmli deyil. Əsas olan fərqlənmək və komandanın qələbəsidir.

- Demək olar ki, “Səbail”lə oyun Samir Abasovun təyinatının düzgün qərar olduğunu göstərdi?

- Samir Abasovun gəlişi həmişə düzgün qərardır (gülür).

- Yaxşı, onda sualı belə qoyaq - Samir Abasovun gəlişi “Neftçi”də nəyi dəyişdi?

- Samir Abasovun gəlişindən sonra topla daha çox oynamağa başlamışıq. Lakin bu, hələlik ilk oyun idi. Əsas odur ki, ardı gəlsin.

- Bu sualı qəsdən sona saxladıq. “Neftçi”nin kapitan məsələsi çox müzakirə olundu...

- O mövzu barədə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, kapitan kim olursa-olsun, sona qədər ona dəstək olacağam (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC