Albaniyadakı dünya çempionatında təmsilçilərimiz olacaq güləşçilər müəyyənləşib

Azərbaycanı Albaniyanın paytaxtı Tiranada keçiriləcək dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib.

Presssport.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qeyri-olimpiya çəkiləri üzrə təşkil ediləcək mundialda ölkəmiz 10 güləşçi ilə təmsil olunacaq.

Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra estafet qadınlara keçəcək. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Alyona Kolesniklə (59 kq) Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.

Çempionata sərbəst güləşçilər yekun vuracaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) xalçaya çıxacaq.

Mundialda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Onu da bildirık ki, dünya çempionatı oktyabrın 28-dən 31-dək keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC