Mahir Emreli Almaniya çempionatında qol hesabını açdı - derbidə baxımlı qolla

Almaniya II Bundesliqasında IX turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşır.

Mahir start heyətdə meydana çıxıb. O, qol sevincini baş məşqçisi Miroslav Klozeni qucaqlamaqla qeyd edib.

Hücumçumuz 13-cü dəqiqədə təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. 

Bu, Emrelinin Almaniya çempionatında ilk qolu olub. 

Hazırda oyunda 1-ci hissədi və “Nürnberq” hesabda 2:0 irəlidədi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC