"Ayaks" Bakıya 4 qol vuraraq qazandığı əzmkar qələbəylə gəlir

Avropa Liqasının III turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Ayaks” bu gün Niderland çempionatında növbəti matça çıxıb.

Presssport.az xəbər verir ki, Amsterdam təmsilçisi IX turda “Herakles”in qonağı olub. 

7 qolun vurulduğu matç “Ayaks”ın 4:3 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

“Herakles” - “Ayaks” - 3:4

Qollar: Kulenoviç, 12 (1:0), Klassen, 25 (1:1), Engels, 28 (2:1), Traore, 34 (2:2), Veqhorst, 63 (2:3), Kulenoviç, 76 (3:3), Veqhorst, 82-pen. (3:4)

Bu qələbə sayəsində “Ayaks” xalını 16-ya çatdırmaqla (7 oyundan sonra) 3-cü pilləyə yüksəlib. 

Xatırladaq ki, “Qarabağ”la “Ayaks” arasında matç oktyabrın 24-ü Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC