Rəşad Sadıqov nəticəni ədalətli sayır: "Belə gedən oyunda 1 xal da qazanc oldu"

"Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən də bu idi. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Oyunun əvvəlində gözlənilməz oldu ki, bəzi oyunçular passiv başladılar. Rəqibə üstünlük verdik, rəqib qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə nəzarətimizdə keçdi. Amma bunu qola çevirə bilmirdik. Yüz faizli qol imkanları yarada bilmirdik. “Sabah" çox yaxşı, usta komandadı. Bunu hiss edirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. "Sabah" kimi komandanı üç xal önümüzə buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Ədalətli nəticə oldu".

Pressssport.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının X turunun "Sabah"la görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

O , daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Meydana ehtiyatdan çıxan oyunçular matçın taleyini həll etdi. Ehtiyat qüvvə yetərincədir?

- Zədədlilərin sıraya dönməsi, oyuna bütün heyətlə hazırlaşmağımız yaxşıdır. Ehtiyat qüvvəmiz daha yaxşı idi, rəqibdə itkilər vardı. İkinci hissədə hücumameyilli oyunçuları meydana saldıq. O hücumu qurmaq çətin idi, amma futbolçular ustalıqla davrandılar. Bu gün rəqibdən daha geniş heyətimiz var idi. Bu, həlledici oyun idi.

- Rafael Utziqdən razı qaldınız?

- Apardığı mübarizədən, fədakarlığından razı qaldım. Rəqiblər də bilir ki, o, əsas “qol silahı”mızdı. Ona xüsusi diqqət var. Çox istəkli idi. Rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Hesab oyuna görə oldu.

- Giorgi Papunaşvili haqda fikriniz necədir?

- Oyundan əvvəl planımız odur ki, 60-cı dəqiqədə meydana daxil olacaq. Zədəyə görə 4 ay oynamayıb. Amma çox istəklə işləyir. Bəzən ehtiyat edirəm ki, addım-addım gedək və uzunmüddətli zədə almasın. Çıxışından razıyam. Məşqlərdə də özünü yaxşı göstərir. Yaxşı da qol vurdu. Ondan razıyam.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC