"Qəbələ"də bunun ardını gətirmək və qollarımın sayını artırmaq üçün əlimdən gələni edəcəm" - Şuaybu

"Qəbələ"nin hücumçusu Abdullahi Şuaybu klubun mətbuat xidmətinə açıqlama verib.

Presssport.az xəbər verir ki, I Liqanın V turunun "Difai"(1:0) ilə görüşündə komandasının yeganə qolunu vuran nigeriyalı matçı bu cür şərh edib: "Oyuna hazırlığımız yüksək səviyyədə keçmişdi. Təcrübəli baş məşqçimizin tapşırıqlarını yerinə yetirməklə növbəti qələbəmizi qazandıq. Komandamız hər mənada yaxşı vəziyyətdədi. Bütün oyunlara maksimum gücümüzlə hazırlaşırıq. Hər matçda əsas məqsədimiz yalnız qələbə qazanmaqdır. Artıq “Qəbələ”nin heyətində 3-cü dəfə fərqləndim. Bunu ardını gətirmək və qollarımın sayını artırmaq üçün əlimdən gələni edəcəm".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC