Dünyanın ən yaşlı futbolçusu yeni klubunu açıqlayıb

Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura yeni klubunu açıqlayıb.

Presssport.az xəbər verir ki, 57 yaşlı yaponiyalı hücumçu icarə əsasında formasını geyindiyi "Atletiko Suzuka"da qalacaq. Bu barədə təcrübəli forvard özü məlumat verib.

Müqavilə ilə Yaponiyanın digər təmsilçisi "Yokohama"ya məxsus olan Miura 2025-ci ilin yanvarında yenidən "Atletiko Suzuka"ya qayıdacaq.

O, 2024-cü ildə 11 rəsmi matçda meydana çıxıb. Futbolçu bu il qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC