17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsində 6-cı qrupun I turu çərçivəsində Macarıstan yığmasına acınacaqlı məğlubiyyəti (0:4) şərh edib.
Presssport.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytında yayımlanan açıqmasında rəqibin güclü komanda olduğunu vurğulayıb: "Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl 2 qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi. Oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıq. Ancaq həmin anlarda 3-cü qolu buraxdıq. İkinci hissədə üstünlük bizim tərəfdə idi, qol imkanları da yaradırdıq.
Təəssüf ki, rəqib əks-hücumdan 4-cü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdı. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, U-17 millimizin Yunanıstanla oyunu noyabrın 16-da Bakı vaxtı ilə saat 14:00-da Rumıniyanın “Tunari” stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC