AKAF COP29 ilə bağlı "Təmiz suda avar çək!” devizi altında yürüş keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar müxtəlif aksiya və layihələr həyata keçirib. 

Presssport.az AKAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya COP29-un baş tutduğu bugünlərdə daha bir tədbir təşkil edəcək.

Belə ki, 17 noyabr – Milli Dirçəliş Günündə bulvarda, Bakı Avarçəkmə və Kanoe İdmanı (BAKİ) klubunun yerləşdiyi ərazidə “Təmiz suda avar çək!” devizi altında yürüş keçiriləcək.

Yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq qatılacaq.

Onu da bildirək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC