"Tottenhem"in uruqvaylı futbolçusu Rodriqo Bentankur ağır cəzaya məruz qala bilər.
Presssport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi irqçilikdə ittiham olunur.
Belə ki, Bentankur öz ölkəsində televiziyaya verdiyi müsahibədə cənubi koreyalı komanda yoldaşı Son Hın Min haqda danışarkən "koreyalılar hamısı bir-birinə bənzəyir" deyib.
Rodriqo sonradan Sondan üzr istəyib.
Buna baxmayaraq, İngiltərə Futbol Assosiasiyası irqçi sözlərə görə Bentankura intizam işi açıb. O, 7 oyunluq diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC