Tiflis "Dinamo"sunun futbolçusu Saba Xarebaşvili İspaniyanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Presssport.az xəbər verir ki, "Barselona" və "Real" 16 yaşlı sol cinah müdafiəçisini transferi uğrunda mübarizə aparır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Hər iki klub gürcü istedadı heyətinə qatmaq üçün onun klubuna müraciət edəcək.
Onu da bildirək ki, Xarebaşvili "Dinamo"nun yetirməsidi və əsas komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC