Güləşçimiz “Zaqreb Open”də son gündə qızıl medal qazanıb

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Presssport.az xəbər verir ki, son gündə Azərbaycanın 6 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medal qazanıb. Digər güləşçilərimizdən Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) uğursuz çıxış ediblər. Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib. Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçi Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC