"Sabah"ı çalışdıran Vasili Berezutski Azərbaycan çempionatı tarixində 65-ci legioner baş məşqçi olub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı rusiyalı mütəxəssisə qədər 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı komandasını meydana çıxarıb.
42 yaşlı Berezutski Premyer Liqada 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.
Xatırladaq ki, Berezutskinin "Sabah"dakı debüt matçı Misli Premyer Liqasının XV turunda "Səbail"lə matça təsadüf edib. Komanda onun rəhbərliyi altında qələbə qazanıb - 1:0.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC