Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb

Paris-2024 Yay Olimpiya Oyunlarının finalçıları, dünya çempionatının bürünc, Avropa çempionatının qızıl medalçıları olan qrup hərəkətləri üzrə Azərbaycan millisinin üzvləri tərəfindən Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə "ustad dərsi" başa çatıb.

Presssport.az xəbər verir ki, bu haqda Azərbaycan Gimnastika ederasiyasının mətbuat xidməti məlumat yayıb.

Dərs müddətində azyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması, özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.

Milli üzvləri sonda iştirakçılara avtoqraf verib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC