Azərbaycanın bədii gimnastika üzrə hakimləri tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüb.
Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, ədalət təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-28-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstərib.
Nigar Abdusalimova fərdi proqramda 1, qrup hərəkətlərində 2-ci kateqoriyaya yiyələnib. Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1, fərdi proqramda 2-ci kateqoriyaya sahib çıxıb.
Bundan əlavə, Səbinə Hacıyeva (fərdi proqram üzrə) 2-ci, Vəfa Bəkərova (qrup hərəkətləri üzrə) 3-cü kateqoriyanı əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC