"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram "Turan Tovuz"un müdafiəçisi, millidəki komanda yoldaşı Denis Marandiçiyə dəstək olub.
Presssport.az xəbər verir ki, Misli Premyer Liqasının XVI turunda səfərdə "Səbail"lə qarşılaşan Naxçıvan klubunun qapıçısı kollektiv şəkil çəkdirərkən əlində Marandiçinin formasını tutub.
Xatırladaq ki, "Sabah"la oyunda ayağı bir neçə yerdə sınan və böyük ehtimalla mövsümü artıq başa vurmalı olan Denis 2 gün əvvəl Bakıda əməliyyat olunub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC