“Qalatasaray” "Lion"un futbolçusu Jorj Mikautadze üçün ilkin rəsmi təklif göndərib.
Presssport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Belə ki, İstanbul klubu Gürcüstan millisinin hücumçusu üçün 17 milyon avro və əlavə bonus ödəməyə hazırdı. Lakin Fransa təmsilçisi Mikautadzenin komandaya yayda keçdiyinə görə daha çox pul qazanmaq istəyir.
Xatırladaq ki, Mikautadze bu mövsüm "Lion"un heyətində 21 matça çıxaraq 7 qol vurub və 1 məhsuldar ötürmə edib. 23 yaşlı hücumçusu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a Bakıda 4:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC