AZAL-ın Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan kapitanı İqor Kşnyakin öz işinin peşəkarı idi.
Presssport.az xəbər verir ki, Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva mərhum pilotla bağlı danışıb.
Nazir müavini deyib ki, qəhrəman pilot Azərbaycan milli gimnastika komandasının üzvləri olan 2 bacının atası idi.
Belə ki, İqor Kşnyakinın qızları Anastasiya və Darya Kşnyakina gimnastika yığmamızda çıxış edir.
"Azərbaycan Gimnastika Federasiyasının "Gimnastika hamı üçün" növü üzrə təmsilçiləri Anastasiya və Darya Kşnyakinanın atası İqor İvanoviç Kşnyakin baş vermiş təyyarə qəzasında həyatını itirib. Kapitan Kşnyaşkin İqor İvanoviçin timsalında bütün ekipaj üzvlərinə Allahdan rəhmət diləyirik", - deyə Vasileva bildirib.
Onu da bildirək ki, Kşnyakin ilk təhsilini 1982-ci ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbində pilot ixtisası üzrə alıb. 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun meteorologiya ixtisasını bitirib.
Böyük təcrübəyə malik olan kapitan 15 min saatdan çox uçuş həyata keçirib. Bu uçuşlardan təxminən 11 200 saatını kapitan qismində icra edib.
Aktauda baş vermiş dəhşətli qəzada 29 nəfərin sağ qalması məhz İqor İvanoviçi qəhrəmanlığı sayəsində olub.
Onun 2 qız övladı yadigar qalıb.
Kşnyakin dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin kapitanı idi.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Xəzər dənizinə düşməkdən xilas edərək, onu Aktau şəhərinə çatdıra bilib.
Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i Azərbaycan vətəndaşıdı.
Pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva qəzada baş verən partlayış zamanı həlak olub.
Onlar II Fəxri Xiyabanda dəfn olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC