Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan “Gənclik” futbol klubunun üzvü Məhəmmədəli Yeqanov dəfn edilib.
Presssport.az xəbər verir ki, 13 yaşlı mərhumun cənazəsi Suraxanıdakı rus-tatar qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC