“İnsanlar Teymur Rəcəbovun finalda mənimlə qarşılaşmasını istəyir. Amma həlledici görüşün aramızda olmamaq ehtimalı da var”.
Presssport.az xəbər verir ki, bu fikirləri Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında ölkə çempionatı ilə bağlı danışarkən deyib.
O, Olimpiya sistemində çox böyük uğurlar qazana bilmədiyini söyləyib:
"Oyun sayı az olduğundan Şəhriyar Məmmədyarov özü ola bilmir. Bu sistem ən önəmli anlarda psixoloji olaraq mənə mane olur. İnsanlar Teymur Rəcəbovun finalda Şəhriyar Məmmədyarovla qarşılaşmasını istəyir. Burda gənc şahmatçılar da çıxış edir. Çox yaxşı formadadırlar. Bu finalın olmamaq ehtimalı da var. Teymurla illərlə oynayırıq, daha gənc rəqiblərlə görüşü daha maraqla gözləyirəm".
Məmmədyarov 1/8 finalda Fərid Abbasova qalib gəlməsi barədə danışıb:
"Səhv etmirəmsə, sonuncu dəfə 23 il əvvəl Azərbaycan birinciliyində iştirak etmişəm. 12-13 yaşım olanda Fərid müəllim 18 yaşlılar arasında Avropa çempionatında medal qazanırdı. Çox yaxşı şahmatçı idi. Dünyada aparıcı şahmatçıların çıxış etdiyi ölkə çempionatları azdı. Builki Azərbaycan çempionatı tam fərqlidi. Sürprizlə dolu turnirdi. Burda şahmatçılarla yaxşı dostluğum var. Hansı rəqib gəlsə, onunla mübarizə aparacam".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC