“İlin yekunlarıyla bağlı futbol, idman tədbirləri adətən maraq kəsb edir və diqqət mərkəzində olur. "Sportsman” jurnalının keçirdiyi ənənəvi "Zəfər" mükafatının təqdimat mərasiminə qonaq kimi dəvətlilər arasında mən də vardım və bu, mənim üçün xoş idi. Gözəl tədbir idi və təşkilatçılara saytınıza vasitəsilə minnətdarlığımı çatdırıram".
Bu fikirləri Presssport.az-a açıqlamasında milli komandamızın keşmiş baş məşqçisi və AFFA-nın sabiq vitse-prezidenti Vaqif Sadıqov deyib.
Hazırda milli assosiasiyada Məşqçilər Komitəsinin sədri olan təcrübəli mütəxəssis "Sportsman" jurnalının keçirdiyi “Zəfər-2024” mükafatlandırma mərasimində "İdmanımızın gələcəyi" nominasiyasında qalib olan “Kəpəz”in U-15 komandasının qapıçısı Qüdrət Qarayevə diplom təqdim edib. Sadıqov saytımız vasitəsilə də istedalı, perspektivli qapıçını təbrik edərək ona gələcəkdə peşəkar karyerasında uğurlar arzulayıb: "Maşallah, bu yaşda yaxşı boya malikdi. Bu da qapıçı üçün vacib amildi. Ümidimiz belə gəncləridi. Bütün işlər o istiqamətdə qurulub ki, gələcəkdə klublarını, ölkəmizi layiqli təmsil etsinlər. Üstəlik, çox xoşdu ki, bölgədən olan belə bir istedad tapılıb və ona qiymət verilir. Bu, yeniyetmə futbolçuda böyük həvəs, motivasiya yaratmalı, stimul verməlidi. Uğurlar olsun!".
Xatırladaq ki, Goranboy futbol məktəbinin yetirməsi olan, 1,87 sm boya malik 15 yaşlı Qarayev keçən yay “Kəpəz”ə cəlb olunub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC