Maçado rəqiblə toqquşdu, meydanı xərəkdə tərk etdi

Azərbaycan Kubokunun 1/4 finalında hazırda "Zirə" ilə qarşılaşan "Araz-Naxçıvan" ciddi itki ilə üzləşib.

Presssport.az xəbər verir ki, meydan sahinlərinin aparıcı futbolçularınsan olan Ramon Maçado zədələnib.

Matçın 10-cu dəqiqəsində həmyerlisi olan rəqib futbolçu Ruan Renato ilə toqquşan braziliyalı hücumçu ayağa qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra 13-cü dəqiqədə onu meydandan xərəkdə çıxarıblar.

Maçadonu Ülvi İsgəndərov əvəzləyib.

Xatırladaq ki, naxçıvanlıların braziliyalı digər aparıcı oyunçusu Felipe Santos da zədəlidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC