Rəşad Sadıqov: "Təkcə Sumaya yox, bir neçə futbolçumuza təkliflər var"

"Zirə" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq ilk olaraq görüş haqda danışıb.

  • - Kuboka uyğun oyun keçdi. Çox qol epizodundan danışa bilmərik. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik. 
  • - Cavab oyununda şanslar necə olacaq? 
  • - İlk oyundan sonra rəqib öndədi. Biz də udsaydıq, ikinci matçda eyni ssenari olacaqdı. "Araz-Naxçıvan" çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarır. Ola bilər ki, işimiz əziyyətli olsun. Çalışacağıq ki, evdəki matçda nəticə əldə edək, mərhələ adlayaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra Tovuzda oynayacağıq. Çox güc sərf edəcəyik. 
  • - Salifu Sumaya təkliflər var. Komandadan gedəcək? 
  • - Tək Salifuya yox, bir neçə futbolçumuza təkliflər var. Rəsmi də var, rəsmi olmayan, maraqlananlar da. Hansı klubdu, açıqlamayacam. Amma rəsmi təklif də gəlib. Biz də Salifu ilə söhbət etdik, müqaviləsini artırdıq. Onun və bizim xeyrimizə olan qərar qəbul etdik. Klubumuz hər zaman təklifə açıqdır. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin. Təkliflər futbolun bir hissəsidi. Suma bizimlədi, yenə də ciddi təklif olsa, götür-qoy edərik. Həm bizim, həm də onun özü üçün uyğun qərarı verərik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC