"Araz-Naxçıvan" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qələbəni şərh edib
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bilirdik ki, bizi çətin oyun gözləyir. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. O prizmadan yanaşmırıq ki, üstünlük qazanmışıq. İkinci oyunda da maksimumu etmək lazım olacaq ki, növbəti mərhələyə çıxaq.
- Zədə üzündən uzun fasilədən sonra yaşıl meydana dönən Karlos Jatoba haqda fikriniz necədir?
- Oyun üslubumuza uyğun futbolçudu. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə, zədəyə görə geri düşmüşdü. Hazırlaşır, güvəndiyimiz futbolçudur Getdikcə o da optimal formaya düşəcək.
- Əyyub Allaşı "Şerif"dən necə gətirə bildiniz?
- Hər bir futbolçu komandaya yeni güc qatır. Əyyub da tanıdığımız, güvəndiyimiz futbolçudu. Sevindirici odur ki, o da təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq.
- Premyer Liqada komanda sayı 12-ə çatdırıldı və legioner limiti ləğv edilid. Bu iki məsələ haqda fikriniz necədir?
- Bu suala yenə cavab vermək istəmirəm. Qərarı verən verib. Nəsə deməyimiz nəyisə dəyişməyəcək. Nəyə əsaslanıb qərar veriblər, maraq doğurur. Premyer Liqada məşqçilərin çoxu litimin götürülməsinə qarşı idi. Bizim fikri öyrənmək istəyirsizsə, o fikir də heç nəyi dəyişməyəcəksə, qoy, cavabı bizdə qalsın.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC