Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura yekun vurulub.
Presssport.az xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma keçirilib.
Belə ki, "Neftçi" “Gənclər”i 3:0, “Xilasedici” isə “Murov Az Terminal”ı 3:1 hesabı ilə məğlub edib.
Ötən gün baş tutan turun açılış matçında "Azərreyl" MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.
Onu da bildirək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-13-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC