Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Presssport.az xəbər verir ki, son matç Bayılda olub.
Belə ki, "Səbail" "Qarabağ"ı qəbul edib. Bütün turnirlərdə keçirdiyi son 4 görüşdə qalib gələ bilməyən "Qarabağ" uğursuz oyunlar seriyasına "ASCO Arena"da son qoyub. Mərdəkanda olduğu kimi, bu görüşün taleyini də 1 qol həll edib.
Xatırladaq ki, 1/4 finalın cavab oyunları 27-28 fevral tarixlərində keçiriləcək.
6 fevral (cümə axşamı)
18:30. "Səbail" – "Qarabağ" 0:1
Qol: Y.Benziya, 35.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev, Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
Bakı. “ASCO Arena”
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. David Qomis, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 5. Gitay Sofi.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş
Məşqçi: Elvin Məmmədov
“Qarabağ”: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 19. Redon Cica, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC