"Səbail" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə uduzub.
Presssport.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransına qarşılaşma haqda fikirlərini bölüşməklə başlayıb: "Komandanı apardığı mübarizəyə görə təbrik edirəm. "Qarabağ" həm Azərbaycan çempionatında, həm Avropada öz sözünü demiş komandadır. Yaxşı oyun oldu. Bu matçı unutmalıyıq. 4 gündən sonra çempionatda "Qarabağ"la oyunumuz var. Həmin qarşılaşmaya hazırlaşacağıq".
"Səbail" qış fasiləsindən sonra yaxşı oyun nümayiş etdirir. Daha da irəli getmək üçün nə çatmır? Məmmədovu dinləyək: "Fasilədən sonra komandada oyundan-oyuna inkişaf var. Bilirik ki, çatışmayan cəhətlər var. Çempionatda daha da yaxşı nəticələr əldə etmək istəyirik. Bu gün "Qarabağ"a qarşı layiqli mübarizə apardıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC