Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsindəki rəqibləri bəlli olub.

Presssport.az xəbər verir ki, bu, 1/8 finalda tay-brek görüşlərindən sonra bəlli olub.

Belə ki, Məmmədyarov növbəti raundda Məhəmməd Muradlı, TRəcəbov isə Vüqar Əsədli ilə üz-üzə gələcək.

Bundan əlavə, Misrətdin İskəndərov, Əhməd Əhmədzadə, Günay Məmmədzadə ilə Türkan Məmmədyarova da 1/4 finala vəsiqə qazanıb.

Azərbaycan çempionatı
1/4 final cütləri
Kişilər
Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı
Misrətdin İskəndərov - Aydın Süleymanlı
Rauf Məmmədov - Əhməd Əhmədzadə
Vüqar Əsədli - Teymur Rəcəbov

Qadınlar
Günay Məmmədzadə - Səbinə İbrahimova
Gülnar Məmmədova - Xanım Balacayeva
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova
Türkan Məmmədyarova - Gövhər Beydullayeva

Xatırladaq ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC