AFFA-dan "Vətən" - "Neftçi" görüşündəki hadisə ilə bağlı açıqlama: "Araşdırma aparılır"

AFFA U-17 liqasının 26-cı turu çərçivəsində keçirilən “Vətən” - “Neftçi” oyununda xoşagəlməz hadisələr yaşanıb.

Presssportaz xəbər verir ki, klubların texniki heyəti arasında yaranan mübahisə zamanı “Vətən”in nümayəndəsi “Neftçi”nin baş məşqçisi Asif Ələsgərova başla zərbə endirib.

AFFA sözügedən hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib: “AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC