"Barselona"nın müdafiəçisi XXI əsrdə ÇL-də qırmızı vərəqə alan ən gənc futbolçu olub

"Barselona"nınmüdafiəçisi Pau Kubarsi XXI əsrdə Çempionlar Liqasında (ÇL) qırmızı vərəqə alan ən gənc futbolçu olub.

Presssport.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Portuqaliyada "Benfika"ya qalib gəldiyi 1/8 final mərhələsinin ilk matçında gerçəkləşib.

Belə ki, 22-ci dəqiqədə meydandan qovulan ispaniyalı futbolçu 18 yaş 42 günündə bu halla üzləşib. Əsas heyətdə 65 görüş keçirən Kubarsi ilk dəfə qırmızı vərəqə ilə cəzalanıb.

ÇL tarixində qırmızı vərəqə alan ən gənc futbolçu nigeriyalı Selestin Babayarodu. O, 1994-cü ildə Belçikanın “Anderlext” klubunun heyətində 16 yaş 86 günündə meydandan qovulub.

Xatırladaq ki, "Barselona" "Benfika"nı azlıqda - 61-ci dəqiqədə Rafinyanın vurduğu yeganə qolla üstələyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC