Polşa çempionatında 24-cü turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Radomyak" "Krakoviya"nın qonağı olub.
Qarşılaşma Radom təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat 54-cü dəqiqədə meydana daxil olub. 26 yaşlı hücumçumuz 90+1-ci dəqiqədə matçda qələbə topunun müəlliif olub.
Xallarını 28-ə yüksəldən "Radomyak" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, bu, Renatın qış fasiləsində keçdiyi Polşa klubunda 2-ci qolu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC