Millimiz güllə atıcılığı üzrə Avropa çempionatında medalçı olub

Azərbaycan millisi Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız 3-cü yeri tutub.

Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya kollektivinə 16:14 hesabı ilə qalib gəlib.

Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC