Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi baş tutub

14-16 mart tarixlərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi baş tutub.

Presssport.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

O qeyd edib ki, bu turnirlərdə "körpücük" üzərinə çıxan hər idmançı cəsarəti və əzmi ilə özünü qalib saymalıdır. Onların sağlam ruhda böyüməsi cəmiyyətimizin qələbəsidir.

Açılış mərasimi iki mütəxəssis üçün xüsusən əlamətdar olub. Yaxın günlərdə 65 yaşını qeyd etmiş “Əməkdar məşqçi” Azad Mustafayev və 60 yaşını tamamlamış “Əməkdar məşqçi” Oruc Məmmədli AAF tərəfindən təltif edilib. Yubilyarlara hədiyyələri Umudov təqdim edib.

İlk yarış günü mübarizəyə qoşulan qız idmançıların nəticələrinə gəlincə:    
15 yaşa qədər olan qızların yarışı: 
40 kq çəki dərəcəsində Şəbnəm Həsənzadə toplamda 84 kq (38 kq + 46 kq) nəticə ilə qalib adını qazanıb. 
45 kq çəki dərəcəsində Zeynəb Bəkirli toplamda 81 kq (33 kq + 48 kq) nəticə ilə birinci olub. 
49 kq çəki dərəcəsində Mömünə Abdullayeva toplamda 80 kq (35 kq + 45 kq) nəticə ilə qalib adını qazanıb.
55 kq çəki dərəcəsində Zeynəb Həsənova toplamda 110 kq (48 kq+62 kq) nəticə ilə birinci olub. 
59 kq çəki dərəcəsində Malikə Biçekuyeva toplamda 120 kq (55 kq+65 kq) nəticə ilə birinci olub. 
64 kq çəki dərəcəsində Gülnur Yusifova toplamda 105 kq (45 kq+60 kq) nəticə ilə birinci olub.
+81 kq çəki dərəcəsində Zəhra Qənbərzadə toplamda 89 kq (39 kq + 50 kq) nəticə ilə qalib adını qazanıb.

Yeniyetmələrin yarışı:
49 kq çəki dərəcəsində Aydan Rzayeva toplamda 117 kq (52 kq+ 65 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
55 kq çəki dərəcəsində Jalə Əbilova toplamda 79 kq (33 kq + 46 kq) nəticə ilə qalib adını qazanıb.
59 kq çəki dərəcəsində Milena Hüseynli toplamda 103 kq (43 kq + 60 kq) nəticə ilə qalib adını qazanıb.
64 kq çəki dərəcəsində Aytən Əliyeva toplamda 152 kq (67 kq+ 85 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
71 kq çəki dərəcəsində Əsmət Ələsgərova toplamda 75 kq (35 kq + 40 kq) nəticə ilə qalib adını qazanıb.
76 kq çəki dərəcəsində Arzu Qədimova toplamda 155 kq (70 kq + 85 kq) nəticə ilə birinci olub. 
+81 kq çəki dərəcəsində Mələk Hüseynli toplamda 120 kq (53 kq+ 67 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
Onu da bildirək ki, Azərbaycan birinciliyində ümumilikdə 200-ə yaxın atlet mübarizə aparır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC