“Sabah” Azərbaycan çempionatında bir mövsümdə ən çox heç-heçə edən komanda rekordunu təkrarlayıb.
Presssport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə (1:1) təsadüf edib.
Belə ki, paytaxt təmsilçisi Misli Premyer Liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini rəsmiləşdirib.
Bunadək 3 dəfə eyni klub 14 "sülh"ə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, bundan 3 il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.
Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq 1 "sülh"lə “Sabah” mütləq rekordun müəllifi olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC