2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi start götürüb.
Presssport.az xəbər verir ki, ilk gündə G, H və K qruplarında 1-ci turun 6 matçı keçirilib.
Polşa Litva ilə öz meydanındakı matçda kapitan Robert Levandovskinin sona yaxın vurduğu qol sayəsində çətin qələbə qazanıb. İngiltərə isə Albaniyanı evdə inamlı qələbəylə üstələyib.
Xatırladaq ki, millimiz seçmə mərhələnin D qrupunda yer alıb. Bu qrupda oyunlar sentyabrın 5-də başlayacaq.
21 mart
H qrupu
Kipr - San Marino - 2:0
Qollar: İoannis Pittas, 55, Andronikos Kakoullis, 86
Rumıniya - Bosniya və Herseqovina - 0:1
Qol: Armin Gigoviç, 14
G qrupu
Malta - Finlandiya - 0:1
Qol: Oliver Antman, 38
Qırmızı vərəqə: Kurt Şou, 78 (Malta)
Polşa - Litva - 1:0
Qol: Robert Levandovski, 81
K qrupu
Andorra - Latviya - 0:1
Qol: Dario Sits, 58
İngiltərə - Albaniya - 2:0
Qollar: Maylz Luis-Skelli, 20, Harri Keyn, 77
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC