Dünya çempioatının Afrika qitəsi üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya millisi səfərdə Ruanda millisi ilə üz-üzə gəlib.
Presssport.az xəbər verir ki, "Zirə"nin futbolçusu Anje Mutsinzinin də çıxış etdiyi Ruanda yığması 0:2 hesablı məğlubiyyətə uğrayıb.
Oyundan sonra Mutsinzi Nigeriya millisinin hücumçusu Viktor Osimhenə "Zirə" forması hədiyyə edib. Qarşılığında isə Osimhen "Qalatasaray" formasını ona verib. Bu yerdə bildirək ki, matçda hər 2 qolun müəllifi məhz Viktor olub.
Xatırladaq ki, ki, 5 turdan sonra C qrupunda Ruanda 7 xalla 3-cü, Nigeriya isə 6 xalla 4-cü pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC