“Turan Tovuz”un yeni inşa olunmuş əsas korpus binasının açılışı mərasimi keçirilib

Bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz” klubunun yeni inşa olunmuş əsas korpus binasının açılışı mərasimi keçirilib.

Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, açılış mərasimində “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, futbol ictimaiyyətinin nümayəndələri və media mənsubları iştirak edib.

Qeyd edək ki, “Turan Tovuz”un baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb.

Binanın ümumi ərazisi 3 min kvadratmetrdən çoxdur. Zirzəmi ilə biegə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar mövcuddur.

Burada futbolçuların asudə vaxtlarını keçirmələri üçün stolüstü tennis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.

Bütün otaqlar ən müasir, zəruri avandanlıqlar təchiz edilib.

Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.

Açılış mərasimində “Turan Tovuz”un İdarə Heyətinin sədriylə AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edib. Onlar bu açılışın region futbolu üçün mühüm hadisə olduğunu qeyd edib.

Daha sonra binanın açılışı münasibəti ilə rəmzi qırmızı lent kəsilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC