Azərbaycan klubu növbəti ev oyununu azarkeşsiz keçirəcək

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında II Liqa təmsilçisi “Sheki City” cəzalandırılıb.

Presssport.az xəbər verir ki, buna 19-cu turun “Şahdağ Qusar” oyunundakı xoşagəlməz hadisələr olub.

Belə ki, Şəki təmsilçisi azarkeşlərinin rəqib futbolçulara kənar əşyalar atmasına görə 80, rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşanmasına görə 50 manat cərimə edilib.

Həmçinin şəkililər görüş bitdikdən sonra təhlükəsizliyi düzgün təmin etmədiyinə görə 400 manat cərimələnib. Bundan əlavə, komandanın növbəti ev oyunu azarkeşsiz keçirilməsinə qərar verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC