“Qarabağ”ın oyununa bilet satışı başlayır

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ” ilə “Zirə” arasında aprelin 6-da keçiriləcək oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Presssport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadı.

Biletlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Qarşılaşma saat 19:30-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC