Rövşən Nəcəf birgə səylər nəticəsində hədəfə çatacaqlarına inanır: "Danışılmış oyunlara və qeyri-etik davranışlara görə cəzaları sərtləşdirəcəyik"

"İnanıram ki, birgə səylər nəticəsində hədəflərə çatacağıq. Azərbaycan yalnız qələbələrə layiqdi".

Presssport.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf milli assosiasiyanın Hesabat Konfransında deyib.

O, Gəncə şəhər stadionu və "İmarət" stadionunda görülən işlərlə bağlı danışaraq, daha sonra AFFA-nın İnkişaf Strategiyası haqqında fikirlərini bölüşüb: "Misli Premyer Liqasında komanda sayının artırılması da önəmli addımdır. Beləliklə, futbolun kütləviliyi artacaq".

AFFA prezidenti onu da deyib ki, danışılmış oyunlardan başqa, futbol ailəsinə yaraşmayan qeyri-etik davranışlara görə daha sərt cəzalar veriləcək: “Bu barədə İcraiyyə Komitəsində müzakirə aparılacağını diqqətə çatdırmaq istərdim. İdman prinsiplərinə zidd olan hərəkətlərin qarşısını almalıyıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC