UEFA və FİFA proqramlarından AFFA-ya ayrılan vəsait açıqlanıb

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 2024/2025 mövsümləri üçün AFFA-ya ümumilikdə 7 milyon 628 min 995 manat maliyyə vəsaiti ayrılıb.

Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.

Məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Vəsaitin 1 milyon 106 min 18 manatı 2023/2024 mövsümü, 4 milyon 227 min 9 manatı isə 2024/2025 mövsümü üçün milli assosiasiyanın hesabına köçürülüb.

Bundan başqa, ötən il FİFA-nın "Forward" proqramı ilə AFFA-nın büdcəsinə 4 milyon 947 min 858 manat vəsait daxil olub. Bu məbləğin 2 milyon 432 min 672 manatı əməliyyat xərcləri üzrə, 2 milyon 515 min 186 manatı FIFA infrastruktur layihələri üçün ödənilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC