“Bir il ərzində əldə olunan nəticələr böyükdür, amma daha çoxuna nail olmaq istəyirik”.
Presssport.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
Milli assosiasiya rəhbəri vurğulayıb ki, futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər həyata keçirməlidirlər: “Kadr islahatları kiminsə vəzifəyə gəlməsi və getməsi deyil. Kadrların inkişaf etdirilməsi üzərində işləməliyik. Bunlara həkimlər, ot örtüyünə baxanlar, təlimçilər və sair daxildir. İstənilən hədəflərə çatmaq üçün yeni əməkdaşlara qapımız açıqdır. Öz yolumuzda irəliləyərkən peşəkar əməkdaşları cəlb edəcəyik”.
Nəcəf deyib ki, uşaq futbolu, regionlarda futbolun inkişafı, akademiyaların yaradılması üçün küllü miqdarda vəsait lazımdı və o üzdən bu məsələdə özəl sektorun da rol oynadığını qabardıb: "Maliyyə dayanıqlılığı təmin olunmalıdır. Yalnız AFFA-nın, dövlətin vəsaiti hesabına bütün işləri görmək çətin olacaq. Dünyada gəlirin əsas hissəsini özəl sektor təşkil edir".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC