AFFA-nın Premyer Liqada çıxış edəcək klublar üçün ayıracağı məbləğ azalacaq

AFFA-nın 2025/26 mövsümündə Misli Premyer Liqasında çıxış edəcək klublar üçün ayıracağı məbləğ açıqlanıb.

Presssport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın Hesabat Konfransında bildirilib.

Əvvəl olduğu kimi yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq. Sadəcə, bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək.

Bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC