AFFA prezidenti legioner limitinin ləğvinin faydası və mediaya təklifi haqda: "Bizim üçün Avropa çempionatının seçmə mərhələsində 3, 4 və ya 5-ci yer tutmaq uğur deyil"

AFFA prezidenti Rövşən Nəcəf legioner limitinin ləğvinin yerli oyunçuların keyfiyyətlərinin yüksəlməsinə səbəb olacağını düşünür.

Qurum rəsmisi bunu keçirdiyi mətbuat konfransında Presssport.az-ın əməkdaşının sualına cavabında deyib.

O, Azərbaycan yığmasının böyük turnirlərin final mərhələsinə qatılmasını istədiklərini söyləyib: "Bizim üçün Avropa çempionatının seçmə mərhələsində 3, 4 və ya 5-ci yer tutmaq uğur deyil. Komandamızın final mərhələsində çıxış etməsini istəyirik. Son matçda yığmanın yaş ortalaması da aşağı idi".

Nəcəf millinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş barədə fikirlərini bölüşüb:

“Cənab Santuşla bağlı onu deyə bilərik ki, qısa müddətdə daha ürəkaçan nəticələr olmasını istəyirik. Məşqçini yalnız nəticəyə görə qiymətləndiririk. Oyuna yanaşmasını da görməyinizi istəyirik. Medianın təkliflərlə çıxış etməsini istəyirik. Bu şəraiti yaratmaq niyyətindəyik”

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC