Qurban Qurbanov AFFA-dan inciyib? - Rövşən Nəcəfdən açıqlama

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qurumun bu gün keçirilən Hesabat Konfransına qatılmamasına münasibət bildirib.

Presssport.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında jurnalistin “Qurban Qurbanov AFFA-nnın bəzi iclaslarında iştirak etmir. Təmsil olunduğu İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmır. Arada soyuqluq var?” sualına cavab olaraq deyib:

“Hansısa problem yoxdur. O, İcraiyyə Komitəsinin iclaslarında iştirak edir. Münasibətimiz yaxşıdır. Hansısa soyuqluqdan söhbət gedə bilməz. Özündən də soruşa bilərsiniz. İclaslarda iştirak etməməyə gəlincə, hərənin öz planları var. Üzrlü səbəblərlə bağlı əvvəlcədən məlumat verilir”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC