AFFA İcraiyyə Komitəsinin iclası keçirilib - millimizin oyununun və nəticələrinin qənaətbəxş olmadığı vurğulanıb

Bu gün - aprelin 11-də “Baku Marriott Hotel Boulevard”da AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Presssport.az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İcraiyyə Komitəsi üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndirib. Onlar Azərbaycan milli komandasının oyununun və nəticələrinin qənaətbəxş olmadığını vurğulayıb.

AFFA prezidenti milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker İcraiyyə Komitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda oyunlarda bəzi hakim səhvlərinin olduğunu etiraf edib. Lakin çempionatın 28-ci turuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdən çox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimi qiymətləndirib. Frank De Bleker mövsümün sonuna doğru çempionatda oyunların daha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçün əllərindən gələni edəcəklərini bildirib. AFFA Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.

AFFA İcraiyyə Komitəsi Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafı Strategiyasına uyğun olaraq müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC