Bakıda Dünya Futvolley Federasiyasının ilk dəfə keçirilən Baş Assambleyasının açılış mərasimi olub

Bakıda Dünya Futvolley Federasiyasının (Footvolley Worldwide) ilk dəfə keçirilən Baş Assambleyasının açılış mərasimi olub.

Presssport.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov bu idman növünün inkişafına, dünya miqyasında tanınmasına töhfə vermək üçün Assambleyada iştirak edən ölkələrin nümayəndələri ilə birgə səylə çalışacaqlarını bildirib.

Sonra Rusiya, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr futvolleydə daha çox uğura nail ola bilmək üçün dəstəklərini əsirgəməyəcəklərini bildirib, gələcək hədəflərdən bəhs ediblər.

Ardınca qurumun il ərzində gördüyü işlər, maliyyə hesabatı, yeni təqvim ilindəki hədəflər barədə məlumat verilib, oktyabr ayında Dubayda keçiriləcək Dünya Korporativ Oyunlarının təşkili haqqında müzakirələr aparılıb.

Bu gün, həmçinin yeni üzvlərin müraciətinə baxılacaq, İcraiyyə Komitəsinə və digər strukturlara seçkilər keçiriləcək.

Qeyd edək ki, Assambleyanın hər 5 ildən bir keçirilməsi nəzərdə tutulur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC