Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu açıqlanıb.
Presssport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays layiq görülüb.
26 yaşlı oyunçu "Real"a qarşı matçda 2 dəfə cərimə zərbəsindən baxımlı qola imza atmaqla diqqət mərkəzinə düşüb.
Onu da bildirək ki, PSJ-nin (Fransa) üzvü Xviça Kvaratsxeliya 2-ci, "Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski 3-cü, "İnter"in (İtaliya) müdafiəçisi Alessandro Bastoni 4-cü olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC