Bağırov "Araz-Naxçıvan"la matçda 2 xal itirdiklərini sayır: "Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq"

"Kəpəz" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində öz meydanında "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.

Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransına nəticəni dəyərləndirməklə başlayıb. 

- Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq. Epizodları qola çevirə bilməsək də, uşaqlara təşkkkür edirəm. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.

- Rati Ardazeşvili ilə Luis Paçunu əvəzləməyinizin səbəbi nə idi?

- Oyunun gedişatı yenilənmə tələb edirdi. Onları təhlükəyə ata bilmərik. Hücumda sürəti artırmaq istədik. Bu, bəzi epiozdlarda alındı. Son nöqtəni qoya bilmədik. Sonradan meydana daxil olanlar oyuna pis qoşulmadı.

- Camal Cəfərov 3 epizodda fərqlənə bilmədi. Sizcə, qol vurmaq üçün nə çatmadı?

- Texniki keyfiyyətlərdir. Camal bacarıqlı futbolçuduf. Sadəcə, qol duyumunda geri qalır. Çoxdandır oynamamağı buna səbəb ola bilər.

- Mahammadu Banın durumu necədir? Bir keniyalı transferinizin hazırlıq durumu?

- Ba dabahdan məşqlərə başlayacaq. "Sabah"la matçda ciddi zədə almışdı. Ümumi durumu normaldır. Qırıq-çıxıq yoxdu. Keniyalı müdafiəçimiz isə millidən gələndən sonra zədəsini təzələyib. Bir müddət sonra onun durumu haqda məlumat verərik. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC