Rəşad Sadıqov "Neftçi" üzərində əzmkar qələbəni şərh etdi, ondan gözləntilərin çox olmasını açıqladı: "İşimizi onun üzərində qurmamışıq ki, kimsə bizi tərifləsin"

"Zirə" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Neftçi"ni 4:2 məğlub edib.

Presssport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına əzmkar qələbəni şərh etməklə başlayıb. 

  • - Oyun bizim üçün olduqca çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdı, təslim olmadı, sona qədər mübarizə apardı. 4 qol vurduq, amma məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. "Sumqayıt"a qarşı vacib oyun bizi gölzəyir.

- "Qarabağ"ın Azərbaycan çapında güclü olduğunu nəzərə alsaq, keçən il də "Zirə" potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də 2-ci pillədəsiz. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, "Zirə" və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?
- Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. İşimizi onun üzərində qurmamışıq ki, kimsə bizi tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə aramızda 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanmayana qədər baxmayacam. İndi məni düşündürən "Sumqayıt"la görüşdür. 

- Rəşad Sadıqovun görmək istədiyi "Zirə" budur?
- Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra "Neftçi" etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin, futbolçular 100 faiz oyuna köklənməmişdi ki, 2 qol buraxdıq. "Zirə" yaxşıdır, bu kifayət edir" kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.

- Oyunun əvvəlində iki qol buraxdınız, inamlı deyildiz. Birdən-birə nə oldu? Bundan sonra "Neftçi"də arxayınlaşma yarandı? 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiz? Mənə səmimi gəlmədi baş verənlər... 
- 33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. "Qarabağ"la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? "Neftçi"nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi. Burda 1:2 uduzduğumuz matçda "Neftçi" "Zirə"ni üstələyirdi. Samir Abasovun ehtiyat qüvvəsi var idi. O faktlar da ola bilər. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra pauza götürdük.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC